ABŞ-ın 25 şəhərində komendant saatı tətbiq edilib

07:25 - 31 May 2020 - DÜNYA

ABŞ-ın azı 25 böyük şəhərində afroamerikalı Corc Floydun ölümündən sonra başlayan etiraz aksiyaları səbəbilə komendant saatı tətbiq edilib. Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, komendant saat Los-Anceles və Beverli-Hills (Kaliforniya ştatı), Denver (Kolorado ştatı), Mayami (Florida ştatı), Atlanta (Corciya ştatı), Çikaqo (İllinoys ştatı), Luisvill (Kentukki ştatı), Minneapolis və Sent-Pol (Minnesota ştatı), Reçester (Nyu-York ştatı), Sinsinnati, Kolumbus, Deyton, Toledo və Klivlend (Oqayo ştatı), Portlend cə Yucin (Oreqon ştatı), Filadelfiya və Pittsburq (Pensilvaniya ştatı), Çarlston və Kolumbiya (Cənubi Karolina ştatı), Neşvill (Tennesi ştatı), Solt-Leyk-Siti (Yuta ştatı), Sietl (Vaşinqton ştatı) və Miluoki (Viskonsin ştatı) şəhərlərində tətbiq edilib. Bundan əlavə, Minnesota, Corciya, Oqayo, Kolorado, Viskonsin, Kentukki, Yuta, Texas ştatlarında, o cümlədən paytaxtın Kolumbiya dairəsində küçələrdə nizam-intizamın təmin edilməsi üçün ABŞ Milli Qvardiyasının əsgərləri səfərbər edilib. Qeyd edək ki, Minneapolis şəhərində (Minnesota ştatı) afroamerikalı Corc Floydun ölümündən sonra ABŞ-ın müxtəlif yerlərində etiraz aksiyaları başlayıb.

Xəbər xətti