Bakıda marşrut avtobusu piyadanı vuraraq öldürüb

13:07 - 29 May 2020 - HADİSƏ

Mayın 28-də saat 12 radələrində Xətai rayonu ərazisində Bakı şəhər sakini E.Bağırov idarə etdiyi “Daewoo” markalı xətt avtobusu ilə yolu keçən paytaxt sakini Fikrət Qurbanovu vurub.

Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Xətai RPİ tərəfindən araşdırma aparılır.

Xəbər xətti