Daşkəsəndə 5 yaşlı uşağı avtomobil vurub

17:16 - 27 May 2020 - HADİSƏ

Daşkəsən rayonunda az yaşlı piyadanın xəsarəti ilə nəticələnən yol qəzası baş verib. "Report"un məlumatına görə, hadisə rayonun girişindəki bayraq meydanı ərazisində qeydə alınıb.  Göygöl rayon sakini, 2015-ci il təvəllüdlü Yüsif Nurlan oğlu Atayev yolu qarşı tərəfə keçərkən "VAZ-21015" markalı avtomobil onu vurub. Müxtəlif bədən xəsarətləri alan azyaşlı piyada xəstəxanaya yerləşdirilib.  Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti