Bakıda yol qəzası tıxaca səbəb oldu- Foto

12:14 - 27 May 2020 - HADİSƏ

Bakıda daha bir yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Məlumata görə, qəza Sabunçu rayonu Böyükşor şossesində qeydə alınıb. Olimpiya Stadionunun qarşısında baş verən qəza yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunublar.

Qəza səbəbindən ərazidə nisbətən sıxlıq müşahidə olunur.


Xəbər xətti