Şəmkirdə 2 avtomobil toqquşdu- yaralılar var

22:44 - 26 May 2020 - HADİSƏ

Şəmkirdə 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Bakı-Qazax magistral yolun rayonun Əliyaqublu kəndi ərazisindən keçən hissəsində baş verib. Hərəkətdə olan "VAZ" markalı avtomobillə "Qazel" markalı yük avtomobilin toqquşması nəticəsində 4 nəfər bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır. ///qafqazinfo

Xəbər xətti