Təcridxanaya turşunun içərisində narkotik keçirilməsinin qarşısı alındı- Foto

13:28 - 26 May 2020 - Xəbər

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Ucnoqta.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 263.3-cü maddəsinə əsasən təqsirli bilinərək həbs edilmiş şəxs Məmmədli Nicat İlkin oğluna tanışı Sumqayıt şəhər sakini Rəhimli Ramin Mansur oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman plastmas qabda olan bibər turşusunun içərisində xüsusi üsulla gizlədilmiş sellofan bükülüdə 1,512 qram narkotik vasitə “marixuana” aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti