Astarada qadın qonaq getdiyi evdən oğurluq edib

09:32 - 26 May 2020 - HADİSƏ

Astarada qadın qonaq getdiy ievdən pul və qızıl əşyalar oğurlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə "Report"un Cənub Mərkəzinə DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Astara şəhər sakini T.Ağayev polisə müraciət edərək evindən 10 min manat pulun və 1160 manat dəyərində qızıl zinət əşyalarının oğurlandığını bildirib. Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun zərərçəkmişin qohumu, rayonun Ərçivan qəsəbə sakini L.Əliyeva olduğu müəyyən edilib. Oğurlanmış pul və qızıl-zinət əşyaları ondan aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti