Ağdaşda avtomobil ağaca çırpıldı, sürücü öldü

11:42 - 24 May 2020 - HADİSƏ

Аğdaş rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə bu gün Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağdaşın Xosrov kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Gərayev Niyaz Nizam oğlu “VAZ 21011” markalı minik avtomobili ilə hərəkətdə olarkən qəflətən idarəetməni itirib və maşın yoldan çıxaraq ağaca çırpılıb.

Hadisə zamanı sürücü dünyasını dəyişib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.///oxu.az

 

Xəbər xətti