Bakıda avtomobil aşıb, 1 nəfər ölüb

12:36 - 23 May 2020 - HADİSƏ

Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi olub.


Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən  verilən məlumata görə, mayın 22-də saat 23 radələrində Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində Bakı şəhər sakini S.Əliyev idarə etdiyi “Nissan” markalı avtomobili aşırıb. Nəticədə avtomobildəki sərnişin - paytaxt sakini Azər Bədirli hadisə yerində ölüb.

Xəzər RPİ tərəfindən araşdırma aparılır./trend

Xəbər xətti