Prezident 4 nəfərə dövlət mükafatı verdi - SİYAHI

17:15 - 22 May 2020 - Xəbər

Prezident İlham Əliyev 2020-ci il üçün Azərbaycan Respublikasının elm sahəsində Dövlət Mükafatının verilməsi haqqında sərəncam imzalayıb.


Sərəncamla 2020-ci il üçün elm sahəsində Azərbaycan Respublikasının Dövlət Mükafatı “Materiyanın yeni kvant halı – antiferromaqnit topoloji izolyator: dizayn, əsas elektron xassələri və tətbiq perspektivləri” mövzusunda elmi məqalələr toplusuna görə aşağıdakı şəxslərə verilib:

Nazim Timur oğlu Məmmədov


İmaməddin Rəcəbəli oğlu Əmiraslanov


Nadir Allahverdi oğlu Abdullayev


Ziya Saxavəddin oğlu Əliyev.

Xəbər xətti