Mahmud Abbas Prezident İlham Əliyevi təbrik edib

15:22 - 22 May 2020 - Xəbər

Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbas Prezident İlham Əliyevi Respublika Günü münasibəti ilə təbrik edib.

Təbrikdə deyilir:

"Hörmətli cənab Prezident.
Milli bayramınız - Respublika Günü münasibətilə Fələstin Dövləti və xalqı adından və şəxsən öz adımdan Sizə, Sizin şəxsinizdə hökumətinizə və qardaş Azərbaycan xalqına ən səmimi təbriklərimi yetirirəm.

Allah-Təaladan Sizə, ölkənizə və xalqınıza xeyir-bərəkət, tərəqqi, dünyanın bütün xalqlarına isə koronavirus bəlasından və bütün digər bəlalardan sağ-salamat çıxmağı arzulayıram.
Xahiş edirəm, dərin hörmət və ehtiramımı qəbul edin".

Xəbər xətti