Dünyada koronavirusa yoluxanların sayı 5 milyon 200 mini ötdü

11:54 - 22 May 2020 - Xəbər

Dünyada koronavirusa yoluxan 2 092 168 nəfər sağalıb, 334 848 nəfər isə virusdan ölüb.

İndiyədək 5 207 910 nəfərə COVID-19 diaqnozu qoyulub. Ən çox yoluxma halı ABŞ (1 577287), Rusiya (326 448) və Braziliyada (310 087) qeydə alınıb.

Qeyd edək ki, mayın 21-nə olan məlumata görə, Azərbaycanda indiyədək 3 749 nəfərə koronavirus diaqnozu qoyulub. Onlardan 2 340 nəfər sağalıb. Ölkəmizdə COVID-19-dan ölənlərin sayı 44 nəfərdir.
Azərbaycanla sərhəd ölkə olan Türkiyədə 153 548 nəfər yoluxub, 4 249 nəfər ölüb. İranda isə 129341 nəfərə koronavirus diaqnozu qoyulub. Son məlumata görə, bu ölkədə 7 249 nəfər pandemiyanın qurbanı olub. Qonşu ölkə Gürcüstanda koronavirusa yoluxanların ümumi sayı 721-ə çatıb. Onların 485-i artıq sağalıb, 12-si isə vəfat edib.

Ermənistanda indiyədək 5 928 nəfərə COVID-19 diaqnozu qoyulub. Onlardan 74 nəfər ölüb.///report

Xəbər xətti