Poroşenkoya cinayət işi açıldı

Ukrayna Baş Prokurorunun Ofisi ölkənin keçmiş prezidenti Petro Poroşenko barəsində dövlətə xəyanət və hakimiyyətdən sui-istifadə ilə bağlı işin araşdırılmasına başlayıb.

Ucnoqta.az “Report”a istinadla xəbər verir ki, bu barədə Baş Prokuror Ofisində mənbəyə istinadən "Ukrayna həqiqəti" nəşri bildirib.
"Baş Prokuror ofisi "Derkaç örtükləri" barədə məlumatları məhkəməyəqədərki araşdırmaların vahid reyestrinə daxil edib. Araşdırma Cinayət Məcəlləsinin "Dövlətə xəyanət", "Hakimiyyətdən və ya xidməti vəzifədən sui-istifadə” maddələri üzrə başlayıb", - nəşrin xəbərində deyilir.

İşə həmçinin Poroşenkonun guya ABŞ-ın vitse-prezidenti Co Bayden və sabiq dövlət katibi Con Kerri ilə danışıqlarının səs yazısı da əlavə ediləcək.

Tarix
20 May 2020 [08:04]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-05-20 08:04:50
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Xüsusi karantin rejiminə əməl edirsiniz?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin