Çində sutka ərzində koronavirusa 5 yeni yoluxma halı aşkarlanıb

07:50 - 20 May 2020 - DÜNYA

Çində ötən sutka ərzində 5 nəfərdə yeni növ koronavirusun aktiv forması və 16 simptomsuz yoluxma halı aşkarlanıb.

Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, yoluxma hallarından 4-ü ölkənin daxilində (Tzilin əyaləti), 1-i isə xaricdən gələn vətədanşda qeydə alınıb. Bildirilir ki, simptomsuz yoluxma hallarından 15-i ölkə daxilində, 1-i-si isə xaricdən gələn vətəndaşda qeydə alınıb. Hazırda 368 simptomsuz koronavirus daşıyıcısı həkimlərin nəzarəti altında saxlanılır.

Ötən sutka ərzində koronavirusdan ölən olmayıb.
Qeyd edilir ki, ümumilikdə ölkədə koronavirusa yoluxanların sayı 82 965 nəfərə çatıb, ölənlərin sayı isə 4 633 nəfər səviyyəsində qalıb.

Xəbər xətti