Türkiyədə koronavirusdan ölənlərin sayı 4 140 nəfərə çatıb

21:09 - 17 May 2020 - DÜNYA

Türkiyədə son 24 saat ərzində daha 44 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Bu barədə öz "Twitter" səhifəsində Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca yazıb. Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 4 140 nəfərə çatıb. Onun sözlərinə görə, ölkədə 1 368 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 149 435 nəfərə çatıb.

Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı son sutkada 1 825 olmaqla 109 962 nəfər təşkil edir.///trend

Xəbər xətti