Bakıda 22 yaşlı qızı avtomobil vurdu

03:38 - 17 May 2020 - HADİSƏ

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Suraxanı rayonunun Zığ şosesində qeydə alınıb. Belə ki, şose ilə hərəkət edən avtomobil 1998-ci il təvəllüdlü Ələkbərova Səma Tənhan qızını vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona baş və bədənin əzilmiş yaraları diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.  ///report

Xəbər xətti