Ağdaşda 5 otaqlı ev yanıb

16:03 - 3 May 2024 - HADİSƏ

Ağdaş rayonunun Dəhnəxəlil kəndində yanğın olub.

Ucnoqta.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 160 m² olan kürsülü, birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları 136 m² sahədə yanıb. Evin qalan hissəsi və bitişik talvar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti