Ana səhifə Mobil versiya
19 Sentyabr 2020

“Bu gün vətəndaşın ictimai nəzarəti güclüdür”

Cavid Şahverdiyev: ““Dövlət üçüncü sektorun inkişafı üçün qarşısında duran vəzifələri yerinə yetirməklə yanaşı, onların həyata keçirilməsi istiqamətində müvafiq addımlar atır” 

Bu günün mövcud pandemiya dövrü vətəndaş və vətəndaş cəmiyyəti institutlarının birgə fəaliyyətini, öz güc və potensialını lazımi istiqamətə, lazımi problemlərə yönəltmək zərurətini ortaya qoyur. Belə bir ərəfədə media və QHT sektorunun vətəndaş cəmiyyətləri olaraq sərgilədiyi mövqe və meydana çıxardığı problemlər və onun həllinə yönəlik ictimai nəzarətin gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bəs,Pandemiya dövrü  Cəmiyyətdə həllini tələb edən hansı nüansları ortaya çıxara bildi?

Bu və ya digər məsələlər ətrafında “Üç Nöqtə”-yə müsahibə verən Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzinin rəhbəri, jurnalist Cavid Şahverdiyev bir çox nüanslara diqqət çəkib və müəyyən təkliflərlə çıxış edib.

“Azərbaycan qlobal təhlükədən maksimum az itki ilə çıxmaq üçün atdığı çevik və qətiyyətli qərarları ilə seçilir”

- Cavid bəy, məlumdur ki, ölkəmiz pandemiya dövrünü yaşayır. Belə bir vaxtda Vətəndaş Cəmiyyətlərinin fəaliyyəti, vətəndaş cəmiyyətlərinin mövcud gücü, potensialı ona öz rolunu oynaması üçün hansı imkanları yaradır?

- Azərbaycanda QHT sektorunun inkişafı prioritet olaraq qəbul edilir və vətəndaş cəmiyyəti institutlarının siyasi-ictimai, sosial-iqtisadi tərəqqidə danılmaz rola malik olduğu birmənalı olaraq qəbul edilir.
Pandemiya zamanında vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə gəlincə, deyə bilərəm ki, bu missiyanı QHT-lər layiqincə yerinə yetirməkdədirlər. Dünya dövlətlərinin koronavirus (COVİD-19) pandemiyasına qarşı mübarizə apardığı hazırkı dövrdə Azərbaycan qlobal təhlükədən maksimum az itki ilə çıxmaq üçün atdığı çevik və qətiyyətli qərarları ilə seçilir. Eyni zamanda ölkəmizin vətəndaş cəmiyyəti institutları, xüsusi ilə QHT-lər, mətbuat COVİD-19 pandemiyasına qarşı mübarizə sahəsindəki dövlət siyasətinə yaxından dəstək verərək vətəndaşların maarifləndirilməsində və onlara müxtəlif cür yardımların göstərilməsində fəal iştirak edirlər. Dövlətin koronavirusla mübarizə sahəsində həyata keçirdiyi işlərə QHT-lərin də yaxından dəstək verdiyi göz önündədir. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevin təşəbbüsü, tövsiyələri ilə ölkənin aparıcı QHT-ləri bu prosesə qoşulublar. Əsas istiqamət də əhalinin düzgün maariflənməsidir. Hər bir QHT ayrı-ayrılıqda koronavirusla mübarizədə öz töhfəsini verə bildi. İstər mediada,   istər sosial şəbəkələrdə təbliğatlarını apardılar, hətta sosial roliklər hazırlayanlar da oldu.  Mövcud vəziyyətdə QHT-lərin fəaliyyətinin çevik əlaqələndirilməsini və bu istiqamətdə görüləcək işlərin effektivliyinin daha da artırılması məqsədilə onlayn ümumrespublika konfransı keçirildi. Prezident İlham Əliyevin Fərmanı ilə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna Şura üzvlərinin və Katibliyin əməkdaşları, eləcə də QHT-lər vəsait köçürüblər. Martın 27-dən etibarən Şuranın REAL TV ilə birlikdə “Evdə qal, cəmiyyəti qoru!” adlı ictimai monitorinq və məlumatlandırma kampaniyasına başlanıb. QHT-lər istər əhalinin nisbətən çox olduğu yerlərdə - küçələrdə, parklarda, istərsə də sosial şəbəkələrdə və mediada vətəndaşları özlərini təcrid etməyə və evdə qalmağa çağırırlar. Hazırda 100-dən artıq QHT bu ictimai kampaniyada fəal şəkildə iştirak edir. İndiki həssas dönəmdə QHT-lərin dövlətimiz və cəmiyyətimiz ilə yüksək həmrəylik nümayiş etdirməsi vətəndaşların karantin qaydalarına riayət etmələri, birlik göstərmələri üçün önəmli motivasiyadır. Şura Mətbuat Şurası ilə birlikdə COVİD-19 pandemiyası ilə mübarizədə QHT- Media əməkdaşlığının gücləndirilməsinə həsr olunan onlayn konfrans da keçirib.

Koronavirusa qarşı mübarizə sahəsində ölkəiçi fəaliyyətlərlə yanaşı həmçinin, müxtəlif formatlı beynəlxalq həmrəylik aksiyaları da keçirilir. Rusiyanın məşhur "Rus Velikaya" Beynəlxalq Fondu da böyük kollektivlə vətəndaşlara immuniteti gücləndirən məhsullar paylayır. Kampaniyanın məqsədi xüsusilə yaşı 65-dən çox olan insanları evlərində vitaminlərlə zəngin məhsullarla təmin etməkdir. Rusiyanın 9 şəhərində həyata keçirilən xeyriyyə aksiyasına müxtəlif ölkələrin QHT-ləri də dəstək verir. İndi isə  estafeti Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının koordinatorluğu ilə Azərbaycan götürüb. Bu xeyriyyə kampaniyası çərçivəsində Azərbaycan QHT-ləri ölkənin müxtəlif ərazilərində ehtiyaclı yaşlı insanlara ərzaq yardımları göstərir.

Hazırda bu kampaniyada ölkənin 22 QHT-si iştirak etsə də ona qoşulanların sayı artmaqdadır.
Qeyd edək ki, Azərbaycanın xeyriyyə kampaniyasının estafetini götürməsi xəbərini Rusiyanın bir çox tanınmış media orqanı işıqlandırıb. Korona ilə mübarizədə QHT sektorunun dəstəyini sadalamaqla qurtarmaz. QHT-lər müxtəlif vasitələrdən istifadə edilməklə bu mübarizədə öz sözünü deyə biliblər. İstər paytaxtda, istərsə də regionlarda.

- Müasir dövrün tələbinə uyğun olaraq ictimai fikrin, ictimai nəzarətin formalaşması prosesini üzərinə götürən media qurumları, eləcə də QHT-lər bu istiqamətdə hansı əsas nüanslara diqqət yetirməlidir?
- Vətəndaş cəmiyyəti dövlətdən fərqli elə bir sahədir ki, burada vətəndaşlar öz maraqlarından çıxış edərək birgə fəaliyyət göstərə bilərlər. Ümumilikdə, vətəndaş cəmiyyəti özündə müxtəlif sosial və siyasi subyektlərin maraqlarını cəmləşdirir. Vətəndaş cəmiyyəti - azad insanların özlərinin, onların könüllü birliklərinin və cəmiyyətlərinin dövlət hakimiyyətinin müdaxiləsi olmadan istibdadından uyğun qanunlar tərəfindən qorunan özünü ifadə etmək formasıdır. Müstəqil Azərbaycanda ictimai həyatın demokratikləşdirilməsinin əsas istiqamətlərindən biri məhz vətəndaş cəmiyyəti institutlarının inkişaf etdirilməsidir. Bu istiqamətdə mühüm addımlardan biri də QHT-lərin formalaşması və inkişafı üçün münbit şəraitin təmin olunmasıdır. Sivil dövlətin vacib atributlarından biri kimi QHT genişmiqyaslı fəaliyyəti Azərbaycan cəmiyyəti üçün də vacibdir. QHT-lər vətəndaş cəmiyyətiinin əsas institutlarından biridir. Hazırda ölkəmizin sürətli iqtisadi və siyasi inkişafı vətəndaş cəmiyyətinin fəaliyyətinə kömək göstərilməsində, qeyri-hökumət təşkilatlarını dəstəkləmək və inkişaf etdirmək sahəsində dövlətin imkanlarını genişləndirir. 2008-ci ildən başlayaraq bir sıra yerli QHT-lərə dövlət büdcəsi hesabına qrantların ayrılması da dövlət səviyyəsində vətəndaş cəmiyyəti quruculuğu prosesinə göstərilən dəstəyin bariz təcəssümüdür. Dövlət üçüncü sektorun inkişafı üçün qarşısında duran vəzifələri görməklə yanaşı, onların həyata keçirilməsi istiqamətində müvafiq addımlar atır. 

Bununla yanaşı,  çox istərdim ki, bəzi xarici dövlətlərdə olduğu kimi biz də stabil və dayanıqlı əmək haqqı alaraq əmək müqaviləsi əsasında fəaliyyət göstərək. Bizim ölkədə fəaliyyət göstərən QHT-də çalışanların isə daimi maaşları yoxdur. Layihədən layihəyə işçi və əməkdaşlara bir neçə aylıq maaş ödənilir. Vergilərin azaldılması məsələsinə də baxılmalıdır. QHT-lər digər kommersiya strukturları ilə bir tutulmamalıdır. 

(ardı var)

Tarix
13 May 2020 [15:28]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-05-13 15:28:31
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin