Rusiyada son sutka ərzində daha 10 899 nəfərdə koronavirusa yoluxma faktının aşkarlanması ilə yoluxanların ümumi sayı 232 243-ə çatıb.
Bu barədə Rusiya hökumətinin koronavirusla mübarizə üzrə operativ qərargahının internet saytında açıqlama verilib. Bununla Rusiya koronavirusa yoluxma sayına görə dünya sıralamasında Böyük Britaniyanı qabaqlayaraq 3-cü yerə qalxıb. Bildirilib ki, ölkə üzrə aktiv koronavirus xəstələrinin sayı 186 615 nəfər təşkil edir.
Ötən gün ərzində xəstəlik səbəbindən daha 107 nəfərin həyatını itirməsi ilə ölüm hallarının sayı 2 116-ya çatıb. Ümumilikdə 43 512 pasiyent isə sağalaraq evinə buraxılıb.
Qeyd edək ki, dünya üzrə 4 269 200 insan koronavirusa yoluxub, 287 504 nəfər isə vəfat edib.///qafqazinfo