“Qarışmadım, indi oğlumun həyatı qaydasında getmir”

10:45 - 12 May 2020 - MAQAZİN

“Beş övladım var, dördü oğlan, biri qızdır. Oğullarımdan biri subay, digərləri evlidir. Hamısının evi, maşını, vəzifəsi var. Onlara müəyyən qədər köməyim olub, lakin universitetə yüksək balla daxil olublar”.

Bu sözləri Xalq artisti Ağadadaş Ağayev “Ay Zaur” proqramında qonaq olarkən deyib. Sənətçi oğlanlarından birinin şəxsi həyatının qaydasında olmadığını vurğulayıb:

“Tövbə etmişəm ki, onların ailə qurmasına qarışmayacam. Hamısının öz seçimidir. Uğurlusu da, uğursuzu da oldu. Uşaqlarımdan birinin həyatı istədiyi kimi getmir. Bütün insanlara arzulayıram ki, Allah bir evlilik nəsib etsin. Alın yazısıdır, yəqin ki, bir səbəb var. Heç bir şey təsadüfdən yaranmır”.///qafqazinfo

Xəbər xətti