Bakıda yol qəzası tıxaca səbəb oldu- Foto

18:27 - 7 May 2020 - HADİSƏ

Bakıda yol qəzası olub

Ucnoqta.az-ın xəbərinə görə, Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, Qara Qarayev prospekti Dakar dairəsi yaxınlığında (metronun “Qara Qarayev” stansiyası istiqamətində) yol-nəqliyyat hadisəsi baş verib: "Hazırda hadisə baş verən yerədək sıxlıq müşahidə olunur. Yaranmış sıxlıq həmin istiqamətdə ekspres və müntəzəm xətlər üzrə avtobusların hərəkət intervalında gecikmələrə səbəb olub"- BNA rəsmisi qeyd edib.


Xəbər xətti