Ramazanın 13-cü gününün duası- imsak və iftar vaxtı

22:00 - 6 May 2020 - ÖLKƏ İÇİ

Sabah Ramazan ayının 13-cü günüdür.

Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 7-də Bakıda imsak saat 03:50, iftar isə saat 19:57-dədir.

Ramazan ayının 13-cü gününün duası:
"Allahummə təhhirni fihi minəd-dənəsi vəl-əqzar. Və səbbirni fihi əla kainatil-əqdar. Və vəffiqni fihi lit-tuqa və suhbətil-əbrar. Bi-ovnikə ya qurrətə eynil-məsakin".

Tərcüməsi:
"İlahi, bu ayda məni natəmizlik və iyrənc şeylərdən pak et, qəzavü-qədər ilə məni bu ayda olacaqlara səbirli et və Öz köməyinlə məni bu ayda təqvaya və əməlisaleh insanlarla dostluğa müvəffəq et, ey miskinlərin gözlərinin işığı Allah!"

Allah orucunuzu qəbul etsin!

Xəbər xətti