Oğuzda fermada yanğın baş verib -Foto

13:14 - 6 May 2020 - HADİSƏ

Oğuzda avtomobil və 20 ton ot yanıb.

Məlumata görə, hadisə axşam saatlarında rayonun Qarabaldır kəndində, ferma ərazisində baş verib. Yanğın nəticəsində Məğrur Vidadi oğlu Bayramova məxsus "UAZ" markalı avtomobil və 20 ton ot yanıb.

Hadisə yerinə Oğuz dövlət yanğından mühafizə hissəsinin texnikaları və şəxsi heyəti cəlb olunub. Ətrafdakı ferma yanğından mühafizə olunub. Yanğının avtomobildə yaranaraq ot tayasına keçməsi ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.///report


Xəbər xətti