Ağstafada ana və azyaşlı qızı itkin düşdü - Foto

Ağstafa rayonunda ana və azyaşlı qızı itkin düşüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Ağstafa rayon Köçəsgər kənd sakinləri, 1995-ci il təvəllüdlü Qurbanova Aişə və övladı 2016-cı il təvəllüdlü Nuray Əsədova aprelin 25-də yaşadığı evdən çıxaraq Tovuz rayon istiqamətinə gedərək, bir daha geri qayıtmayıblar.

A.Qurbanovanın əlamətləri belədir: boyu 166 sm, arıq bədən quruluşlu, gözlərinin rəngi qəhvəyi, sol yanağında qara xal var. Evdən çıxan zaman onun əynində göy cins şalvar, qırmızı gödəkcə, ayağında qara rəngli idman ayaqqabısı olub. Övladının əynində qara rəngli şalvar, bənövşəyi kofta, ağ-qara rəngdə idman ayaqqabısı olub.

Şəkildə gördüyünüz şəxsləri tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 02231-5-00-94 şəhər və (070) 213-64-00, (051) 611-79-50 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

 

Tarix
5 May 2020 [16:58]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-05-05 16:58:35
Foto
Video
Çox oxunanlar
Sorğu
Xüsusi karantin rejiminə əməl edirsiniz?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin