KİV: Dibala barədə dezinformasiyaları Ronaldu yayır

10:12 - 1 May 2020 - İDMAN

İtaliyanın "Yuventus" klubunun futbolçusu Kriştianu Ronaldu komanda yoldaşı Paulo Dibalanın sağlıq durumu haqqında yalan məlumatlar yayır.  

Məlumata görə, belə iddia ilə "Corriere dello Sport" nəşri çıxış edib. Mətbu orqan iddia edir ki, hazırda Madeyrada karantində olan 35 yaşlı portuqaliyalı hücumçu İtaliyaya qayıtmaq istəmir.

O, evdə qalmaq üçün komanda yoldaşları, xüsusən də Dibalanın yeni müsbət test nəticələri barədə mediaya dezinformasiyalar ötürür. Daha əvvəl argentinalı hücumçunun dördüncü dəfə koronavirusa yoluxduğuna dair xəbərlər yayılıb. Futbolçunun rəfiqəsi Oriana Sabatini isə bu məlumatı təkzib edib.

Qeyd edək ki, Kriştianu Ronaldu 2018-ci ilin yayında İspaniya "Real Madrid"indən "Yuventus"a keçib. 35 yaşlı hücumçu bu mövsüm İtaliya A Seriyasında 22 oyunda meydanı çıxıb, 21 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

A Seriyası XXVI turdan sonra dayandırılıb. Hazırda turnir cədvəlinə 63 xalla “Yuventus” başçılıq edir.///report

Xəbər xətti