XİN İsraili Müstəqillik Günü münasibətilə təbrik etdi

14:07 - 29 Aprel 2020 - SİYASƏT

Azərbaycan Xarici İşlər Nazirliyi İsraili Müstəqillik Günü münasibətilə təbrik edib.

Bu barədə Azərbaycan XİN-in rəsmi “Twitter” səhifəsində məlumat yerləşdirilib.
“İsrailə Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimizi çatdırırıq. Bu əlamətdar gündə dost İsrail xalqına sağlamlıq, bütün səylərində uğurlar, sülh və firavanlıq diləyirik”, - deyə təbrikdə qeyd olunub.///oxu.az

Xəbər xətti