Nazirdən La Liqa ilə bağlı açıqlama

16:40 - 27 Aprel 2020 - İDMAN

İspaniyanın səhiyyə naziri Salvador İlla koronavirusa görə La Liqanın bərpa olunub-olunmayacağı haqda açıqlama verib.

“Qafqazinfo” xəbər verir ki, AS nəşrinə danışan nazir, hələ tam bir qərar vermədiklərini deyib:

“La Liqanın davam edib-etməyəcəyi bilinmir. İndiki vəziyyətdə öz variantımı desəm, ehtiyatsız davranmış olaram”.

La Liqa qeyri-müəyyən müddətə təxirə salınıb. İspaniya mətbuatı çempionatın iyunun əvvəlində bərpa olunacağını iddia edir.

Xəbər xətti