"Şokda idim, ayrılandan iki gün sonra başqa qızla görüşdü" - Dilarə

11:00 - 26 Aprel 2020 - MAQAZİN

"Konservatoriya illərində möhkəm vuruldum. Ən birinci və möhkəm sevgim o oldu. Ürəyimi pis sındırdı. 1 il yarım özümə gələ bilmirdim, ağır oldu. Bilirdim ki, sonda o pərt qalacaq".

Bu sözləri müğənni Dilarə Kazımova 106.3 FM-də Kazım Sübhanın "Ulduzxana" layihəsində deyib. İlk sevgisindən danışan sənətçi etiraflar edib:
"Biz neçə il sonra onunla səhnədə görüşdük. Onun gözlərindən hər şeyi başa düşdüm. Peşman idi ki, səhv edib. Anladı ki, düzgün ayrılmadıq. Özünü çox pis göstərdi. Mənim üçün yüksəkdə olan adam necə aşağı düşdü.

Ayrılıqdan sonra psixoloji ağır günlər yaşadım. Yemirdim, başım yerində deyildi, ağlayırdım. Ayrıldıqdan iki gün sonra o, konservatoriyada başqa qızla görüşdü. Şokda idim, bir adamı sevəndə haqqında bu cür olacağını fikirləşmirsən. İnsanla belə rəftar etmək olmaz.

Kimləsə ayrılanda adam kimi ayrılın, nəfsi üstünüzdə qalmasın. Hər şeyi açıq deyin. Hadisədən sonra öldüm, sonra dirildim. Amma yaxşı oldu, ürəyim bərkidi. O cür yumşaq ürəklə indiyənə kimi qalsaydım dözməzdim. Nənəm deyirdi ki, bunun yumşaq ürəyi var, necə yaşayacaq".

Qeyd edək ki, Dilarə bir dəfə Türkiyə vətəndaşı ilə ailəli olub və boşanıb.///axsam.az

Xəbər xətti