Suraxanı rayonunda qanvermə aksiyası keçirilib - Foto

11:00 - 25 Aprel 2020 - Leykoz

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qan ehtiyatı azaldığından Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə ölkədə qanvermə aksiyası keçirilir.

Könüllü qanvermə aksiyasına ötən gün Suraxanı rayonu da qoşulub. Qan xəstəliyindən əziyyət çəkənlərə yardım göstərilməsi məqsədilə B.Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının həkim briqadası bu kampaniyaya qoşulan Suraxanı Rayon İcra Hakimiyyəti Başçısı Aparatının və struktur sahələrinin kollektivlərini lazımi müayinədən keçirdikdən sonra qanvermə aksiyası həyata keçirilib. 


Xəbər xətti