ABŞ artıq İrana qarşı əməliyyata 42 milyard dollar xərcləyib.
Ucnoqta.az xəbər verir ki, bu məlumatı Iran War Cost Tracker təqdim edib. Qeyd olunur ki, əməliyyatın başlamasından 36 gün keçib və əməliyyatın ilk altı günü 11,3 milyard dollara başa gəlib. O vaxtdan bəri gündəlik xərclər 1 milyard dollara çatıb.
Buraya münaqişə zonasına göndərilən şəxsi heyətin və gəmilərin saxlanması üçün lazım olan vəsait, eləcə də əməliyyatla bağlı digər xərclər daxildir.