Azərbaycan aviatorları qan verib- Foto

11:19 - 24 Aprel 2020 - Leykoz

Azərbaycanın milli aviadaşıyıcısı Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə başlanan qanvermə aksiyasına qoşulub. Bu mərhələdə 300-dən çox Azərbaycan aviatoru qanvermə aksiyasında iştirak edib. Qanın verilməsi xüsusi cədvələ əsasən, karantin rejiminin tələblərinə riayət olunmaqla həyata keçirilib.  Qeyd edək ki, könüllü qanvermə aksiyası irsi qan xəstəliklərindən, xüsusən talassemiyadan əziyyət çəkən insanlara kömək etmək məqsədilə Heydər Əliyev Fondu tərəfindən başlanıb.

Xəbər xətti