Almaniya Çindən təzminat istəyir- 130 milyard avro

19:04 - 20 Aprel 2020 - DÜNYA

Koronavirus pandemiyasına görə ciddi itkilərlə üzləşən Almaniya Çindən kompensasiya tələb edir.

“Report” Türkiyənin NTV telekanalına istinadən xəbər verir ki, bu məbləğ Almaniya iqtisadiyyatına koronavirusdan dəyən ziyanın həcmidir. Bildirilib ki, rəsmi Berlinin Pekindən tələb etdiyi təzminatın məbləği 130 milyard avrodur. Bura turist, hava yolları, film sənayesinin itkiləri daxildir.

Məlumata görə, bir çox ölkə pandemiya ilə bağlı Çindən məhkəmə yolu ilə təzminat tələb etməyə hazırlaşır.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Xəbər xətti