Qubada indiyədək karantin qaydalarını pozan 146 nəfər cərimələnib

13:04 - 18 Aprel 2020 - ÖLKƏ İÇİ

Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət edilməsi istiqamətində Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bütün zəruri tədbirlər həyata keçirilir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan APA-ya verilən məlumata görə, şöbə əməkdaşları gün ərzində rayon ərazisində, eləcə də rayonlararası müvəqqəti quraşdırılmış stasionar postlarda gücləndirilmiş iş rejimində çalışır, təyin olunmuş qaydalara əməl olunmasına nəzarət edirlər. Bu tədbirlərlə yanaşı xüsusi rejim çərçivəsində polis əməkdaşları tərəfindən müvafiq icazə olmadan yaşayış yerlərini tərk edən, həmçinin nəqliyyat vasitələrini səbəbsiz yerə idarə edən vətəndaşlar da aşkarlanıb.

Belə ki, aprelin 18-dək xüsusi karantin rejiminin tələblərini pozan 146 vətəndaş barəsində RPŞ-nin əməkdaşları tərəfindən İXM-nin müvafiq maddəsi ilə cərimə protokolu tərtib olunaraq, həmin şəxslər məsuliyyətə cəlb olunublar.

Xəbər xətti