Təhsil Nazirliyi qanvermə aksiyasına qoşulub- Foto

13:27 - 17 Aprel 2020 - Leykoz

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qan ehtiyatı azaldığından Təhsil Nazirliyi də Heydər Əliyev Fondunun başlatdığı təşəbbüsə qoşulub.

Nazirlikdən verilən məlumata görə, Bakı şəhəri 202 nömrəli tam orta məktəbdə keçirilən qanvermə aksiyasında Təhsil Nazirliyinin kollektivi və nazirliyin tabeliyindəki qurumların əməkdaşları iştirak ediblər.

Aksiyada Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının səyyar tibb briqadasının həkim-hemotoloqları donorların sağlamlıq vəziyyətini yoxladıqdan sonra müvafiq qaydada qan götürüblər.

Qan nümunələri xüsusi laboratoriyada yoxlamadan keçiriləcək və irsi qan xəstələrinin müalicəsində istifadə edilməsi üçün Mərkəzi Qan Bankında toplanacaq.


Xəbər xətti