İtaliyada koronavirusdan ölən həkimlərin sayı 100-ə çatıb

15:30 - 9 Aprel 2020 - DÜNYA

İtaliyada koronavirusa yoluxaraq vəfat edən tibb işçilərinin sayı 100-ə çatıb.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə İtaliyanın Həkimlər Assosiasiyası "Fnomceo" məlumat yayıb. Assosiasiyanın məlumatına görə, Venesiyadan olan 62 yaşlı həkim virusun 100-cü qurbanı olub.

Aprel ayının əvvəllərində İtaliya Həkimlər İttifaqı "Anaao-Asssomed"in yaydığı məlumata görə, ölkədə 10000-dən çox tibb işçisi koronavirusa yoluxub və bu yoluxanların 20 faizi həkimlərdir.

Xəbər xətti