TƏBİB qan donorlarına müraciət etdi: Donor olmaq immuniteti zəiflətmir

11:01 - 9 Aprel 2020 - Xəbər

Hazırda ölkəmizdə koronavirus infeksiyası səbəbi ilə Qan Bankları qan ehtiyatının çatışmazlığı ilə üzləşir.

Bu barədə İcbari Tibbi Sığorta üztə Dövlət Agentliyi məlumat verib. Bildirilir ki, bu günlərdə sağlam insanların həmrəylik nümayiş etdirib qana ehtiyacı olan xəstələrə, əsasən də talassemiyalı uşaqlara yardım etmələri, damarlarında axan qanı hədiyyə vermələri vacibdir.

Qan Bankları 24 saat açıqdır. Sterillik və digər zəruri təhlükəsizlik üçün xüsusi tədbirlər görülüb. Bu günlərdə vətəndaşlarımızın karantin qaydalarına uyğun saatlıq icazə ilə evdən çıxdıqlarını nəzərə alaraq, evdən çıxmadan öncə qeyd olunan nömrələrlə əlaqə saxlayıb sıxlığın olub olmamasını dəqiqləşdirmələrini tövsiyə edirik.

Qeyd edək ki, qanvermə üçün icazəni 8103 qısa nömrəsinə 1 indeksini göndərməklə əldə edə bilərsiniz. Qanvermə prosesi zamanı gecikmə olarsa, donorlar Milli Hematologiya və Transfuziologiya Mərkəzi tərəfindən gecikmənin səbəbini bildirən arayışla təmin olunacaq.

Ümümdünya Səhiyyə təşkilatının tövsiyələrinə əsasən, qan donoru olmaq immuniteti zəiflətmir.  Bu barədə “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” (TƏBİB) məlumat yayıb.

Məlumatda bildirilir ki, qan donoru olmaq emosional rifahı yaxşılaşdırır, fiziki sağlamlığa fayda verir, yeni qan hüceyrələri yaradır və insanın gümrah və sağlam olmasına səbəb olur. 

Xəbər xətti