TƏBİB-dən donorlara MÜRACİƏT: “Onlar qan verəndə...”

18:23 - 8 Aprel 2020 - Xəbər

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi donorlara çağırış edib. 

Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib ki, qurum müxtəlif dövlət qurumları ilə birgə fəaliyyət göstərir ki, qana ehtiyacı olanlarla bağlı prosesdə axsama olmasın:

“Eyni zamanda, vətəndaşlara, donorlara müraciət etmək istəyirəm ki, humanist addımlar atsınlar. Onlar qan verən zaman hər hansı bir infeksiya ilə qarşı-qarşıya qalmayacaqlar”.
“Qan verməklə onların hansısa bir xəstəliyə yoluxması olmayacaq. Könüllü donorlarımızdan çox şey asılıdır”, - deyə sədr qeyd edib.///oxu.az

Xəbər xətti