Pişiklərdə koronavirusa yoluxma aşkarlanıb

Çin baytarları Uhan şəhərindəki çöl pişiklərinin 15 faizində koronavirusa yoluxma aşkarlayıblar. “Report” xəbər verir ki, bu barədə tədqiqatın nəticələrini “BioRxiv”elektron elmi kitabxanası yayıb. Mütəxəssislər koronavirus epidemiyasından əvvəl 39 pişikdən, pandemiyadan sonra isə sonra 102pişikdən götürülmüş qan nümunələrini testdən keçiriblər. Məlum olub ki, virusun yayılmasına qədər heyvanlar COVID-19 infeksiyasına yoluxmayıblar, ancaq pandemiyadan sonra 102 pişikdən 15-i təhlükəli virusa yoluxub. Qeyd edək ki, martın 27-də Belçikada SARS-CoV-2 koronavirusunun insandan pişiyə ötürülməsi ilə bağlı ilk hal qeydə alınıb. Bu halda Çin bioloqları aydınlaşdırıblar ki, pişiklər təkcə COVID-19-a yoluxmurlar. Təhlükəli virusa yoluxan bütün pişiklər məhv olurlar. 
Tarix
4 Aprel 2020 [09:26]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-04-04 09:26:17
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Xüsusi karantin rejiminə əməl edirsiniz?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin