Hansı hallarda SMS göndərmədən evdən çıxmaq olar?- Açıqlama

23:21 - 2 Aprel 2020 - Xəbər

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə vətəndaşların hansı halda SMS göndərmədən yaşayış yerini tərk edə biləcəyi məsələsinə aydınlıq gətirib.

Nazir müavini bildirib ki, 2 əlavə halda vətəndaşlar SMS xidmətindən istifadə etməyə bilər:
"Vətəndaşın həyat və sağlamlığına bilavasitə təhlükəli vəziyyət yaranarsa, yaşayış yerini tərk etmək üçün SMS xidmətindən istifadə etməməlidir.  Belə halda dərhal tərk edə bilər. Məhkəmə və ya hüquq-mühafizə orqanları çağırdıqda SMS xidmətindən istifadə olunmur".///qafqazinfo

Xəbər xətti