Ucnoqta.az
www.ucnoqta.az

Hansı hallarda SMS göndərmədən evdən çıxmaq olar?- <font color=red><b>Açıqlama</b></font>

23:21 - 2 Aprel 2020 tarixində dərc olunub.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə vətəndaşların hansı halda SMS göndərmədən yaşayış yerini tərk edə biləcəyi məsələsinə aydınlıq gətirib.

Nazir müavini bildirib ki, 2 əlavə halda vətəndaşlar SMS xidmətindən istifadə etməyə bilər:
"Vətəndaşın həyat və sağlamlığına bilavasitə təhlükəli vəziyyət yaranarsa, yaşayış yerini tərk etmək üçün SMS xidmətindən istifadə etməməlidir.  Belə halda dərhal tərk edə bilər. Məhkəmə və ya hüquq-mühafizə orqanları çağırdıqda SMS xidmətindən istifadə olunmur".///qafqazinfo

Müəllif: