Azərbaycanda daha 41 nəfərdə koronavirus aşkarlanıb

11:59 - 2 Aprel 2020 - Xəbər

“Bu saata koronavirusa 41 yeni yoluxma qeydə alınıb”.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

O, həmin şəxslərdən 8-nin vəziyyətinin ağır, 11-nin vəziyyəti orta ağır, qalanlarının vəziyyətinin stabil olduğunu deyib.

İ. Məmmədov gün ərzində rəqəmlərin dəyişə biləcəyini də bildirib. ///Apa

Xəbər xətti