Koronavirusun yeni SİMPTOMLARI aşkarlanıb

İybilmə və dadbilmə hisslərinin yoxa çıxması koronavirusa yoluxmanın başlıca simptomlarındandır.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu qənaətə London Kral Kollecinin alimləri gəlib. Mütəxəssislərin fikrincə, bu simptomlara malik pasiyentlərin 59%-ində koronavirus testinin nəticəsi pozitiv çıxıb. Üstəlik, bu, qızdırmadan fərqli olaraq daha dəqiq göstərici olub.

Araşdırmaçılar bildiriblər ki, bu iybilmə və dadbilmənin yoxa çıxması ilə digər simptomların uyuşması koronavirusa yoluxma ehtimalını 3 dəfə artırır. Alimlər bu cür simptomların ortaya çıxdığı andan 7 günlük özünütəcridetməyə çağırırlar.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 203 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 885 200-ü ötüb. Bunların 185 208 nəfəri sağalıb, 44 210 nəfəri isə ölüb.

Tarix
1 Aprel 2020 [20:18]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-04-01 20:18:08
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Xüsusi karantin rejiminə əməl edirsiniz?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin