Türkiyədə koronavirusdan ölənlərin sayı 214 nəfərə çatdı

21:18 - 31 Mart 2020 - DÜNYA

Türkiyədə daha 46 nəfər pandemiyanın qurbanı olub. 

Bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca "Twitter" səhifəsində  yazıb.  Onun sözlərinə görə, bununla da Türkiyədə koronavirusdan ölənlərin sayı 214-ə çatıb.
Nazir həmçinin infeksiyaya yoluxanların sayının 2 704 nəfər artaraq 13 531 nəfərə yüksəldiyini, 243 nəfərin isə koronavirusdan sağaldığını vurğulayıb. ///report

Xəbər xətti