Niderlandda koronavirusdan ölənlərin sayı 1 000-i ötdü

Niderlandda son sutkada koronavirus qurbanlarının sayı kəskin artıb.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, krallıqda daha 175 nəfər koronavirusdan ölüb.

Beləliklə, Niderlandda virus qurbanlarının sayı 1 039 nəfərə çatıb.

Bundan başqa, ölkədə yoluxanların rəsmi sayında da artım müşahidə edilib. Belə ki, yoluxanların sayı son 1 gündə daha 845 nəfər artaraq 12 595 nəfərə yüksəlib.

Qeyd edək ki, Niderlandda koronavirusa ilk yoluxma faktı fevralın 27-də qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 201 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 803 011-i ötüb. Bunların 172 396 nəfəri sağalıb, 39 025 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Tarix
31 Mart 2020 [17:22]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-03-31 17:22:04
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Xüsusi karantin rejiminə əməl edirsiniz?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin