Qubaya qar yağdı - Foto

10:53 - 31 Mart 2020 - Xəbər

Ötən gün axşam saatlarından başlayaraq, Azərbaycanın şimal bölgəsinin dağlıq yaşayış məntəqələrinə qar yağıb.

Yağıntı ən çox Quba rayonu ərazisində qeydə alınıb. Qubanın Qrız və Xınalıq kəndlərinə, o cümlədən, Böyük Qafqaz sıra dağlarının ətəklərində yerləşən yaşayış məntəqələrində yağıntı müşahidə olunub.

Qrız kəndində qarın hündürlüyü 10 sm-ə, Xınalıqda isə 2 sm-ə çatıb. Temperatur isə mənfi 2 dərəcəyədək enib.///Apa


Xəbər xətti