İranda bir gündə COVID-19-a yoluxanların sayı rekord həddə çatdı

17:30 - 30 Mart 2020 - DÜNYA

İranda son 24 saatda COVID-19-a yoluxanların sayı rekord həddə çatıb.

TASS xəbər verir ki, İranda bir gün ərzində koronavirusa yoluxanların sayı artaraq  3186 nəfər olub. Virusa yoluxanların ümumi sayı isə 41 495 nəfərdir. Son 24 saatda virusa yoluxan 117 nəfərin öldüyü bildirilir.

Bununla da, İranda koronavirusdan ölənlərin sayı 2 757 nəfər olub. 13 911 nəfərin bu xəstəlikdən sağaldığı qeyd edilir.

 

Xəbər xətti