Rusiyada bir gündə 302 nəfər koronavirusa yoluxdu

15:09 - 30 Mart 2020 - DÜNYA

Ötən gün Rusiyada 35 bölgədə 302 koronavirus infeksiyası qeydə alınıb.

Ucnoqta.az Rusiya KİV-nə istinadən xəbər verir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 1836 nəfərdir. Bu barədə yeni koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə üzrə əməliyyat qərargahından bildirilib.

"Rusiyada son bir gündə 35 bölgədə koronavirus infeksiyası -COVID-19 - 302 nəfərdə təsdiqləndi"- deyilir.

Baş qərargahdan bildirilib ki, hazırda 71 bölgədə 1836 koronavirus infeksiyası qeydə alınıb.

Xəbər xətti