Bakıda restoranda yanğın olub

00:18 - 30 Mart 2020 - HADİSƏ

Bakıda restoranda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 200 m² olan birmərtəbəli restoranın bacasında yağ qalıqları və dam örtüyündə quraşdırılan havatəmizləyici qurğu yanıb. Yüksək temperaturdan mətbəxin lambirindən ibarət tavanı 4 m² sahədə əriyib. Restoranın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti