Ermənistanda koronavirusa yoluxanların sayı 424-ə çatdı

11:56 - 29 Mart 2020 - Xəbər

Ermənistanda koronavirusa yoluxanların sayı 424-ə çatıb.

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, məlumatı infeksiyaya nəzarət və profilaktika mərkəzi yayıb. Bildirilib ki, martın 29-u saat 11:00-a olan məlumata əsasən, 424 nəfər koronavirusa yoluxub.

Xatırladaq ki, Ermənistanda 407 yoluxma və 3 ölüm faktı qeydə alınmışdı. 

Xəbər xətti