Bu gündən I sinfə elektron qeydiyyat başlayır

10:41 - 29 Mart 2020 - Xəbər

Martın 29-u birinci sinfə elektron qeydiyyat prosesinə yenidən start verilir. 

Təhsil Nazirliyindən verilən məlumata görə, elektron qeydiyyat sistemi saat 12:00-dan etibarən aktivləşəcək.

Qeyd edək ki, 2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu www.mektebeqebul.edu.az sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

Xəbər xətti